Daha bir türk klubunun üzvlərində virus aşkarlandı

Türkiyənin “Beşiktaş” klubunda 8 nəfərin yeni növ koronavirusa yoluxduğu açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb. Dünən klubun bütün əməkdaşları və futbolçular koronavirus testindən keçiriliblər. Bunlardan 8-nin testi pozitiv çıxıb. Onların vəziyyətinin normal olduğu və həkim nəzarətində olduqları qeyd edilib.

Qeyd edək ki, bundan öncə "Fənərbağça" və "Ərzurumspor" klublarının da əməkdaşlarında virus aşkarlanmışdı.

Mənbə: Ntvspor.net


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR