ABŞ senatında Uyğur türkləri ilə bağlı qanun qəbul edildi

ABŞ Senatında Çindəki Uyğun türkləri ilə bağlı qanun səsverməyə çıxarılıb və qəbul edilib.

Mətbuat.az xəbər verir ki, qanun Respublikaçı senator Marko Rubio tərəfindən Senata təqdim edilib. Qanunda ABŞ prezidenti Donald Tramp hökümətinə Uyğur türklərinə və digər müsəlman azlıqlara edilən təzyiq və şiddətə görə məsuliyyət daşıyan bəzi Çinli şəxslərə sanksiya tətbiq etmək çağırışı edilir.

Eyni zamanda qanunda ABŞ Xarici İşlər Nazirliyinin bölgədəki insan hüquqlarının pozulmasına dair bir hesabat hazırlaması tələb edilir. Qanun qəbul edilməsi üçün Donald Trampın təsdiqini gözləyir.

Mənbə: cnn.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR