.

Azərbaycanlıların yaşadığı bu kənddə virus sürətlə yayılır - NƏZARƏTƏ GÖTÜRÜLDÜ

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlılar yaşayan Geta (Aşağı Güləver) kəndinə giriş-çıxış bağlanıb.

Metbuat.az xəbər verir ki, kənd ciddi karantin zonası elan edilib.

Buna səbəb ötən gün kənddə koronavirusa 8 yeni yoluxma halının təsdiq olunmasıdır.

Səhər saat 06:00-dan etibarən Geta kəndi tam təcrid olunub və əhali arasında tibbi müayinə həyata keçirilir.

Ötən gün rayonun Muşevani (Dəllər) kəndində də daha 9 nəfərdə koronavirus aşkarlanıb. İndiyədək Bolnisidə COVID-19-a 139 nəfər yoluxub. Onların 49-u sağalıb, 3-ü isə dünyasını dəyişib, 78 nəfər özünütəcriddə, 69 nəfər isə karantindədir.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə mayın 18-dən etibarən Bolnisidə əlavə karantin qaydaları tətbiq olunacaq.(Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR