Qadağaları yumşaldan İran hesabını ağır ödədi: 1 ay sonra ilk dəfə bu qədər yoluxma oldu

İranda koronavirusa görə qadağaların yumşaldılması virusa yoluxanların və ölənlərin sayının çoxalmasına səbəb olub.

Metbuat.az xəbər verir ki, İranda son bir gündə 2 min 102 nəfər yeni növ koronavirusa yoluxub, koronavirus səbəbindən daha 48 nəfər həyatını itirib. Sonuncu dəfə ölkədə bir sutka ərzində virusa yoluxanların sayı aprelin 7-də 2 mindən çox olmuşdu.

Ölkədə koronavirusa yoluxmaların sayı azaldığı üçün mağazalar təkrar açılmış, məscidlərdə toplu nazam qılınmasına başlanmışdı.

Qeyd edək ki, ölkədə viusa yoluxanların sayı 116 min 635, virus səbəbindən ölənlərin sayı isə 6 min 902 olaraq açıqlanıb.

Mənbə: İRNA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR