"Dəniz suyunda virusun ömrü çox az olur, yoluxma ehtimalı aşağı səviyyədədir" - Ramin Bayramlı

“Dəniz suyunda virusun ömrü çox az olur, yoluxma ehtimalı aşağı səviyyədədir ”.

Metbuat.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, restoran və kafelərə girişlə bağlı xüsusi qaydalar müəyyənləşib: “Orada sosial məsafə gözlənilməli, işçilər tibbi maska taxmalıdırlar. Masalar arasında məsafə ilə bağlı qaydanı pozan kafe və restoranlar ciddi cəzalandırılacaq ”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, ölkədə satışda kifayət qədər tibbi maska var : “Biz Azərbaycanda istehsal edilən maskalardan da istifadə edirik. Hazırda maska ilə bağlı hər hansı problemimiz yoxdur. Hətta olsa belə, evdə tibbi maska hazırlanması ilə bağlı təlimatımız hazırlanıb. Yaxın günlərdə ölkəmizin hər yerində bununla bağlı reklam xarakterli materiallar yerləşdiriləcək”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR