Elza aparıcı ilə dalaşıb efiri tərk etdi

ARB-də yayımlanan "Elgizlə izlə" proqramında Əməkdar artist Elza Seyidcahanla aparıcı Pərvanə Tahirqızı arasında mübahisə düşüb.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni fərqli obrazlarından danışaraq, bir çoxlarının onu təkrarladığını söyləyib.

Pərvanə isə buna etiraz edərək "Kimsə fərqli obraz edirsə, demək Elza Seyidcahanı təkraralayır? Yanlış fikirdi. Hollivud ulduzları var ki, avanqard geyinir, başlarına şamdan qoyurlar. Mən də sabah fərqli stil edəcəm, o demək deyil ki, Elza xanımı təkrarlayıram. O da kimdənsə görüb götürüb. Yuxudan oyananda özünü belə görməyib" sözlərini söyləyib.

"Bəli, anadan belə doğulmuşam. Mənim vikipediyama baxsanız görərsiniz. Oranı yaxşı izləyin" cavabını verib.

Aparıcı isə "Mənim az yox, düz 32 yaşım var. Sizi əvvəl belə görməmişəm. Vikipediyanıza da yaxşı baxmışam" deyib.

Proqramın digər aparıcısı Elgiz Əkbər isə mübahisəni sakitləşdirmək üçün reklam fasiləsi elan edib. Reklamlardan sonra isə Elgiz fasilə zamanı mübahisənin şiddətləndiyini və Seyidcahanın küsərək efirdən çıxıb getdiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR