Yəməndə yeni xəstəlik meydana gəlib: 600-dən çox insan ölüb

Yəmənin müvəqqəti paytaxtı Adendə səbəbi hələki təsbit edilməyən epidemiya nəticəsində yüzlərlə insanın həyatını itirdiyi bildirilib. Xəstəliyin "Çikunqunia qızdırması" ya da ağciyər vəbası olduğu ehtimalı var.

Metbuat.az xəbər verir ki, adının açıqlanmasını istəməyən hökümət qaynaqlarından verilən məlumata görə, ölkənin Daxili İşlər Nazirliyinin vəzifəli şəxsi Əhməd Nasir də bu xəstəlik səbəbindən dünyasını dəyişib. Bu barədə hələki rəsmi açıqlama verilməyib.

Başqa bir hökümət mənbəsi isə 1-13 may tarixləri aralığında 623 nəfər bu xəstəlikdən ölüb ki, bunlardan 6-sı hökümət üzvüdür.

Mənbə: Haber7


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR