Şagirdlərin NƏZƏRİNƏ! Bu mövzulardan buraxılış imtahanında suallar düşməyəcək - SİYAHI

Ali məktəblərə qəbul imtahanlarında bu il ediləcək güzəştlərdən biri də, pandemiya dövrü ərzində keçirilməyən dərslərin imtahanda testlərə salınmaması oldu.

Metbuat.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov koronavirus pandemiyası ilə əlaqədar buraxılış imtahanı proqramlarından çıxarılan mövzuları sadalayıb.

Həmin movzular aşağıdakılardır:

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə

Azərbaycan dili

Bədii təzad. Bədii xitab. Metafor. Şəxsləndirmə. Bədii sual.

Riyaziyyat

Funksiyanın böhran və ekstremum nöqtələri, törəmənin köməyi ilə onların tapılması. Funksiyanın parçada ən böyük və ən kiçik qiymətləri. Funksiyanın tədqiqi sxemi.

Fransız dili

Vasitəsiz və vasitəli nitq. Vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi.

Ərəb dili

İdiomlar. Alınma sözlər.

Fars dili

Tabeli mürəkkəb cümlənin tərkib hissələri olan baş və budaq cümlələr. Təyin, tamamlıq, zaman, şərt, səbəb, məqsəd və güzəşt budaq cümləli tabeli mürəkkəb cümlələr və onların yaranma üsulları.

Azərbaycan dili (dövlət dili)

Üslublar və onların formaları.

Qeyd edək ki, 11-ci sinif ingilis dili, alman dili, rus dili (xarici dil) və tədris dili ''русский языk" olan fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmamışdır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR