Polisə müqavimət göstərən 14 Bərdə sakini saxlanıldı

Bu gün - mayın 16-da Bərdə rayonunun Qaradırnaq kəndinin bir qrup sakini heyvanlarını otarmaq üçün onlara örüş sahəsinin ayrılması tələbilə toplaşıblar.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar kəndə gələn Rayon Polis Şöbəsinin rəhbərliyi izahedici söhbətlər aparsa da onlar öz hərəkətlərini davam etdirib, hətta kəndin digər sakinlərinə məxsus pay torpaqlarının onlara örüş sahəsi kimi verilməsini də tələb ediblər. Onların bu hüquqazidd əməllərinin qarşısının alınması üçün hadisə yerinə polis əməkdaşları cəlb edilib. Asayiş keşikçilərinin dəfələrlə etdiyi xəbərdarlığa məhəl qoymayan qrup üzvləri polisə qarşı müqavimət göstəriblər.

Onların hərəkətlərinin qarşısı alınıb, ictimai asayiş tam bərpa edilib. Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Aparılan araşdırmaların nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR