Gəncədə karantin pozan jurnalist saxlanıldı

Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, Kəlbəcər rayon sakini Elnur Alməmmədovun şəhər ərazisinə daxil olması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman o, “Liderpress.az” MMC-də işlədiyini bildirib.

Üzərində gəzdirdiyi, həmin müəssisənin xidməti vəsiqəsini polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyən edilib. E. Alməmmədov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib.Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisinə sərbəst şəkildə daxil olmaq üçün bu yola əl atdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR