Paytaxtda mənzil qarət edən ata və oğul yaxalandı

Paytaxtda mənzil qarət edən şəxs yaxalanıb.

Metbuat.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Bakı şəhər sakini V.Pirizada məxsus Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən evdən 1700 manat məişət əşyaları, onun oğluna məxsus mənzildən tikinti alətləri elektrik naqilləri və digər məişət əşyaları oğurlanıb.

Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Ağarəsul Məmmədov saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR