ABŞ Prezidentinin Cənab Prezidentə təbrik məktubu göndərməsi dövlətlərimiz arası uğurlu əməkdaşlığın və ortaq dəyərlərin nəticəsidir -

Bildiyiniz kimi, may ayının 14-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Cənab Prezidentə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu göndərmişdir. Məktubda ABŞ Prezidenti Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini bildirmiş, dövlətimizin beynəlxalq təhlükəsizliyini gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək yönündə siyasətini rəğbətlə qarşılamışdır. Eyni zamanda, məktubda xüsusilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində həll edilməsində ABŞ-ın marağının olduğu qeyd edilmişdir.

Bu fikirləri Metbuat.az-a Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Deputat əlavə edib: "ABŞ Prezidenti tərəfindən göndərilən bu və bundan öncəki ənənəvi məktubların əsas məntiqi ondan ibarətdir ki, Cənab Prezidentin Azərbaycanın ərazi bütövlüyünün bərpasına, müstəqilliyinin qorunmasına və Azərbaycan xalqının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəlik idarəetmə modelinə olan dəstəyi nümayiş etdirməkdir.

Nəzərinizə çatdırım ki, ABŞ – Azərbaycan əlaqələri möhkəm dayaqlara, ortaq dəyərlərə və qarşılıqlı maraqlara əsaslanır, Azərbaycan və ABŞ arasında müxtəlif sahələr üzrə mütəmadi şəkildə qarşılıqlı səfərlər, təmaslar və dialoqlar keçirilir. Eyni zamanda, Azərbaycan ABŞ-ın Cənubi Qafqaz regionunda ən iri ticarət tərəfdaşıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR