Azərbaycanda həkim koronavirusa yoluxduğuna görə xəstəxana bağlanıb? - RƏSMİ AÇIQLAMA

Dünən sosial şəbəkələrdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətinin məhdudlaşdırılması barədə məlumat yayılıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, TƏBİB-in Mətbuat katibi Rəvanə Əliyeva açıqlamasında bildirib ki, qurum tərəfindən kiminsə yoluxması və adı-soyadı açıqlanmır:

“Yoluxan, ola bilsin ki, həkimdir, amma bu barədə bizim qurum məlumat vermir. Xəstəxananın bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması barədə informasiya yoxdur.

Dünən sosial şəbəkələrdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətinin məhdudlaşdırılması barədə məlumat yayılıb.

Qeyd olunur ki, səhiyyə müəssisəsinin həkimlərindən biri koronavirusa yoluxub, nəticədə, xəstəxananın fəaliyyəti məhdudlaşdırılıb, yalnız reanimasiya şöbəsi fəaliyyət göstərir.

İstənilən tibb müəssisəsində, xəstəxanada dezinfeksiya işləri aparıla bilər. Bununla bağlı qısamüddətli məhdudlaşdırılma tətbiq oluna bilər, bu da qeyd edilən məsələ ilə əlaqədar deyil”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR