Azərbaycanda karantin vaxtı insanlar ən çox

COVİD-19 pandemiyası səbəbindən bütün dünyada, həmçinin Azərbaycanda insanlar sərt karantin rejiminin şərtlərinə uyğun olaraq evdə qalıb özlərini ətrafdan təcrid etdilər.

Bu müddət ərzində iqtisadiyyatın bir çox sahəsində itkilər baş versə də, qida sənayesində vəziyyət ürəkaçan olub. Karantin müddətində insanların qida istehlakı seçimlərində dəyişikliklər baş verib.

Metbuat.az xəbər verir ki, adi günlərdən fərqli olaraq karantin müddətində qida tükətimində dəyişikliklər baş verib. Ölkənin üç böyük şəhəri Bakı, Gəncə, Sumqayıtda 500 nəfər arasında aparılan statistik araşdırmalar nəticəsində bəlli olub ki, onların 75 faizi karantin müddətində duzlu qəlyanaltılardan istifadə edib.


Respondentlərin 72 faizi isə paketlənmiş qidalara üstünlük verib. Şirniyyat seçənlərin sayı isə 59 faizə bərabərdir.

Aprel ayı ərzində aparılmış araşdırmanın nəticəsinə görə maye qəbulunda çay yenə öndədir. Bu 65 faiz təşkil edir.

Evdə bağlanılıb hazırlanmış müxtəlif məhsulların istehlakı 60 faiz təşkil edib. Karantin müddətində 40 faizi nsan taxıllı bitkilərin tükədilməsinə önəm verib. (un,makaron, yarma,qarabaşaq və s).

Statistikada digər gündəlik qida məhsulların istifadəsi 34 faiz təşkil edir. Ağartı məhsulları siyahısına daxil edilən südün posterizə olunmuş növünün seçimində göstərici 45 faiz olub. üstünlük təşkil edib. Öz növbəsində qatıq istehlakı 67 faiz, qaymaq 60 faiz, pendir növündən asılı olaraq 34-39 faiz arasında seçimlər sırasındadır. Statistikaya görə ölkədə digər qida siyahısına daxil edilən məhsullardan olan mayonezin istifadəsi 85 faiz təşkil edib.

Aparılan araşdırmalar əsasən respondentlər yerli bazarda istehsal olunan məhsul brendlərinə daha çox üstünlük veriblər.

Qeyd edək ki, məqalədə istifadə edilən iqtisadi göstəricilər Metbuat.az-ın "ERA" Marketing firmasından aldığı məlumatlara əsaslanır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR