.

Səbinə həyat yoldaşından ayrıldı

Əməkdar artist Səbinə Babayevanın rejissor həyat yoldaşı Cavidan Şərifovdan ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə ifaçı şəxsi instaqram hesabında paylaşım edib.

"Mən ciddi adət-ənənələrin olduğu ailədə böyümüşəm və mənim də qurduğum öz ailəm mənim üçün hər şeydən öndə gəlir. Mən tamamilə öz ailəmə bağlı olmuşam, bu, mənim üçün ən böyük xoşbəxtlik idi. Təəssüflər olsun ki, anlaşılmazlıqlar mənim ailə həyatıma son qoydu. Bizim çox sevdiyimiz oğlumuz var və onun tərbiyəsi və gələcəyi bizim hər birimiz üçün hər şeydən önəmlidir", - deyə o, paylaşımında qeyd edib.

Qeyd edək ki, sənətçi Cavidan Şərifovla 2012-ci ildə ailə həyatı qurmuşdu. Cütlüyün 2016-cı ildə oğlan övladı dünyaya gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR