x
Loading...
.

Karantin rejimini pozan bloger cərimələndi

.

Özünü bloger adlandıran Tərtər rayon sakini Ziya Mahmudov xüsusi karantin rejiminin tələblərini pozduğuna görə rayon polis şöbəsinin xidmətdə olan əməkdaşları tərəfindən saxlanılaraq İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən inzibati qaydada barəsində cərimə protokolu tərtib edilərək, sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, xüsusi karantin rejiminin tətbiqindən sonra bu Z.Mahmudovun inzibati qaydada üçüncü cəzasıdır.

Bundan əvvəl də o, iki dəfə xüsusi karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 100 manat məbləğində cərimələnib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR