Koronavirusdan ölənlərin sayı 310 mini ötdü

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 4 milyon 677 min 128 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, virusdan ölənlərin sayı 310 min 434 nəfərdir. İndiyədək 1 milyon 785 min 348 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR