Vilhem Steynits memorialı: Məmmədyarov üçüncü yerdədir

Blits üzrə onlayn Vilhem Steynits memorialında növbəti turun oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov 6 turdan yalnız birində rusiyalı şahmatçı Aleksandr Qrişukla oyunda məğlub olub.

Ukraynalı Anton Korobov, rusiyalı Daniil Dubov, norveçli dünya çempionu Maqnus Karlsenlə “sülh” bağlayan şahmatçımız ispaniyalı David Quiyarro, vyetnamlı Le Quanq Liemlə görüşlərdən qalib ayrılıb.

Ötən 12 turun nəticələrinə əsasən, Ş.Məmmədyarov 7 xalla üçüncü yerdədir. Hazırda D.Dubov 8 xalla birinci, M.Karlsen isə 7,5 xalla ikincidir.

Qeyd edək ki, yarış 18 turdan ibarətdir. Yarışın ümumi mükafat fondu 30 min avrodur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR