Miqren, təzyiq, ürək-damar, şəkər xəstələri oruc tutarsa...

Baş ağrısına uzun müddət ac qalan şəxslərin təxminən 40%-də rast gəlinir. Aclıq müddəti uzandıqca, baş ağrısı da artır. Miqrenli xəstələrin oruc tutma qərarı vermədən öncə, həkimləri ilə məsləhətləşməsi tövsiyə olunur.

Metbuat.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sosial şəbəkədə paylaşdığı məlumatda bildirilir.

TƏBİB-in başqa bir məlumatında qeyd olunub ki, Ramazan ayında qidalanmadakı dəyişikliklərlə bağlı olaraq yarana biləcək qəbizliyin qarşısını almaq üçün maye qəbuluna diqqət yetirmək lazımdır. Əlavə olaraq, paxlalı bitkilər, kəpəkli taxıllar kimi lifli qidalara üstünlük verilməlidir.

Bundan başqa, mütəxəssislər hipertenziya və xroniki ürək xəstəlikləri olan şəxslərin müəyyən saatlarda dərman qəbul etmələrinin lazım olduğunu vurğulayıblar. Bu qrup insanların həkimlə məsləhətləşmədən oruc tutması tövsiyə edilmir.

O da bildirilib ki, gün ərzində ac qalmaq, qan şəkəri balansını pozur. Şəkər xəstələrinin gündə 3 dəfə ana yemək, 3 dəfə isə ara yeməkləri ilə qidalanması lazımdır. Oruc tutmaq istəyən şəxslərin hipoqlikemiya riskinə görə həkimləri ilə məsləhətləşməsi tövsiyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR