"Koronavirusun bəzi nümunələrini məhv etmişik" - Çindən etiraf

"Çin koronavirusun bəzi nümunələrinin ilk mərhələdə məhv edib. Ancaq bu ABŞ-ın iddia etdiyi kimi örtbasdır etmək üçün yox, biotəhlükəsizlik üçün edilib".

Metbuat.az xəbər verir ki, bu fikirləri Çin Milli Sağlamlıq Komissiyasının Elm və Təhsil Şöbəsinin rəsmi nümayəndəsi Liu Dengfeng bildirib.

O deyib ki, hökumət virusun nümunələrini məhvetmə göstərişini yanvarın 3-də verib: "Bu qərar ona görə qəbul olundu ki, həmin labarotoriyaların texniki imkanları zəif idi. Bəzi xəstəxanalardan gətirilmiş virus nümunələrinin belə labarotoriyalarda olması bioloji risk yaradırdı. Ona görə boloji təhlükəsizlik riskinin qarşısını almaq üçün bu addım atıldı".

Qeyd edək ki, ABŞ Çini virusa dair məlumatları gizli saxlamaqda və bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatını vaxtında məlumatlandırmamaqda ittiham edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR