.

Əhaliyə şad xəbər: Çimərlik mövsümünə hazırlaşa bilərsiniz

Dünyanı olduğu nöqtədə qalmağa vadar edən COVİD-19 pandemiyası səbəbindən tətbiq olunan qadağaların bir qismi yumşaldılsa da, hələ də normal həyata dönmək mümkün olmayıb. Qarşıdan yay və dəniz mövsümü gəldiyindən, çimərliklərin açılıb-açılmayacağı ilə bağlı da qeyri-müəyyənlik hökm sürür.

Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın sonuncu mətbuat konfransında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı çimərlik mövsümü ilə bağlı sualı cavablandırarkən, dəniz suyunda virusun ömrünün az, yoluxma ehtimalının aşağı səviyyədə olduğunu açıqlaması nikbin düşünməyə əsas verir.

Bəs, çimərliklər mövsümə hazırdırmı?

Mövzu ilə bağlı Modern.az-ın sorğusunu cavablandıran Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Gülçin Mehdiyeva bildirib ki, təmsil etdiyi qurum koronavirus pandemiyası dövründə adi iş rejimində çalışır:

"Belə ki, nazirlik vəzifələrinin icrasını xüsusi karantin rejimi ilə bağlı mövcud tələb və tövsiyələrə uyğun şəkildə davam etdirir. Bu çərçivədə, FHN su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması ilə bağlı üzərinə düşən vəzifələrin icrasını müvafiq qaydada təmin edir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR