.

Bu qadağanın müddəti iyunun 20-dək uzadıldı

Türkmənistan Hava Yolları koronavirus səbəbiylə bütün beynəlxalq reyslərin ləğvini iyunun 20-dək uzadıb.

Metbuat.az xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda qeyd olunur.

"COVID-19 pandemiyası ilə əlaqədar olaraq, aviaşirkətin bütün beynəlxalq uçuşlarının ləğvi 20 iyunadək uzadılıb”, - açıqlamada deyilir.

Daha əvvəl Türkmənistan Hava Yolları mayın 20-dək bütün beynəlxalq uçuşları təxirə saldığını bildirmişdi.

Xatırladaq ki, Türkmənistan rəsmiləri ölkədə yeni növ koronavirusa yoluxmanın qeydə alınmadığını bəyan ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

--> -->