İsrail parlamenti yeni hökuməti təsdiqlədi

İsrail parlamenti (Knesset) martın 2-də keçirilmiş seçkilərin yekunları üzrə Baş Nazir Binyamin Netanyahu tərəfindən formalaşdırılan koalisiya hökumətini təsdiqləyib.

Metbuat.az xəbər verir ki, 120 deputatdan 73-ü yeni hökuməti dəstəkləyib.

Qeyd edək ki, "Likud" və "Kahol-Lavan" partiyalarının koalisiya razılaşmasına əsasən, Netanyahu 2021-ci ilin noyabr ayınadək Baş Nazir vəzifəsində çalışacaq. Bundan sonra Baş Nazir vəzifəsi Beni Qansa keçəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR