Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı -

Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Metbuat.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib. Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Ölən şəxs 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub. Xəsarət alanlardan biri 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir.

Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR