Çimərliklərə icazə ilə getmək mümkün olacaq - YENİ QAYDA

“Çimərliklərin fəaliyyəti ilə bağlı qaydalar hazırlanır, mətbuatda dərc olunacaq”.

Metbuat.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, sıxlıq yaransa, elektron sistemdən istifadə olunacaq: “Bu proqram özünü doğrultsa, vətəndaş evdən çıxmadan öncə özünə yer rezerv etdirə biləcək. Böyük çimərliklərdə xüsusi proqramla administrasiya yaradılacaq və müşahidə aparılacaq”.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, çimərliklərdə fiziki məsafənin qorunmasına nəzarət edən şəxslər olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

--> -->