Amerikalılarda böyük evlər almağa maraq yaranıb

ABŞ-da koronavirusla bağlı vəziyyətin yaxşılaşması fonunda amerikalılarda böyük evlər almağa maraq yaranıb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, ötən həftə ərzində iriölçülü, elit evlər almaq üçün müraciət edən vətəndaşların sayı ekspertlərin gözlədiyindən 5,5 faiz daha çox artıb. Bu cür artım aprel ayından etibarən hər həftə qeydə alınıb.

Bundan başqa, müştəri tapılmadığı üçün daşınmaz əmlakı satışdan çıxaran mülk sahiblərinın sayı azalıb. Mütəxəssislər qeyd edir ki, satıcılar iqtisadi qeyri-müəyyənlik fonunda daşınmaz əmlakı daha tez satmağa çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR