Dibala "Yuventus"la yeni müqavilə imzalayacaq

İtaliyanın "Yuventus" futbol klubu argentinalı hücumçu Paulo Dibala ilə 2025-ci ilin yayına qədər yeni müqavilə imzalayacaq.

Metbuat.az "Football Italia"-ya istinadən xəbər verir ki, tərəflər artıq müqavilənin yeni şərtləri barədə razılığa gəliblər və buna görə hücumçunun maaşı artırılacaq.

Qeyd edək ki, 30 iyun 2022-ci ilə qədərə olan cari müqaviləyə əsasən Dibala ildə 7,5 milyon avro alır. Bu mövsümdə 26 yaşlı argentinalı futbolçu "Yuventus"da 34 oyun keçirib, 13 qol vurub və 12 asist verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR