"Borussiya" 19 yaşlı ulduzunun qiymətini açıqladı

Almaniyanın "Borussiya Dortmund" klubu gənc ulduzu Erik Holandın qiymətini açıqlayıb.

Metbuat.az xəbər verir ki, klub nəhəng komandaların maraqlandığı 19 yaşlı norveçli oyunçunu heyətində saxlaya bilmək üçün bu addımı atıb. "Borussiya" 19 yaşlı oyunçu üçün azı 120 milyon avroluq təklif gələcəyi təqdirdə onu satacaq.

Qeyd edək ki, "Borussiya" Erik Holandı bu qış 43 milyon avroya alıb. Onun "Borussiya" ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Mənbə: goal.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR