Gəncədə marketdə liftin şaxtasına düşən qız öldü

Gəncə şəhərində bədbəxt hadisə nəticəsində ağır xəsarət alan 23 yaşlı qız xəstəxanada ölüb.

Metbuat.az xəbər verir ki, mayın 10-da 1997-ci il təvəllüdlü Əliyeva Arzu Mübariz qızının satıcı işlədiyi Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən ərzaq mağazasında liftin şaxtasına yıxılaraq xəsarətlər alması, mayın 18-də isə müalicə aldığı xəstəxanada vəfat etməsi faktına görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR