Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər - Tural Gəncəliyev

Bəzi erməni sakinləri azərbaycanlı icmasına müraciət edərək birgə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətini ən yaxından izləyənlər sırasında Dağlıq Qarabağ bölgəsinin erməni sakinləri də var

"Təqdirəlayiq haldır ki, bəzi erməni sakinləri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasına müraciət edərək bizimlə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun şəkildə bir yerdə sülh şəraitində yaşamaq istədiklərini bildiriblər. Həmin ermənilərə müraciət edərək bildirirəm ki, onlar özləri kimi rasional düşünən digər erməni sakinləri öz ətraflarında birləşdirməli və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə birlikdə tezliklə Azərbaycan Respublikasının və Dağlıq Qarabağ bölgəsində birlikdə sülh şəraitində yaşamaq üçün hərəkətə keçməli, işğalçı Ermənistan qüvvələrinə, işğalçı rejimin ordakı mövcudluğuna son qoymalıdırlar. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyəti son dövrlər qarşı tərəfdə qıcıq doğurur. Bu da təəccüblü deyil. Biz istər Ermənistan, istərsə də işğalçı rejimin təxribatçı bəyanatlarının şahidi olmuşuq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR