Azərbaycanda korrupsiyaya görə 7 nəfər işdən çıxarıldı

Mayın 19-da dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.

Məhkəmə-Hüquq Şurasından Metbuat.az-a verilən məlumata görə, müşavirədə son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən pozuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, o cümlədən korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakimin intizam məsuliyyətinə cəlb edildiyi, 2 nəfərin səlahiyyətlərinə xitam verildiyi, 7 nəfərin tutduğu vəzifədən azad olunduğu, son aylarda isə Ali Məhkəmənin 5 hakiminin aşağı işə keçirildiyi, 7-nin isə səlahiyyətlərinin uzadılmayaraq xitam edildiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR