Berlindən 188 azərbaycanlı Bakıya gətirildi - FOTOLAR

Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən 19 may tarixində Berlindən Bakıya çarter reysi yerinə yetirilib.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, həmin reyslə 188 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.

Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.







Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR