"Peyvənd tapılarsa, virusun kökünü tam kəsmək olar" - İşçi qrupunun rəhbəri

"Pandemiya uzunmüddətli prosesdir. Xəstəliyin seyri zamanla dəyişilə bilər. Gələcəkdə peyvənd tapılarsa, virusun kökünü tam kəsmək olar".

Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İTV-də deyib.

Qurum rəsmisi karantin rejimində yumşalmaları da şərh edib:

"Pandemiyanı uzun müddət yaşamağa alışmalıyıq. Biz insanları qapalı mühitdə saxlaya bilmərik. Çünki bu iqtisadi böhrana da gətirib çıxara bilər. Eyni zamanda insanlar bu vəziyyətdən bezib qayda-qanunu pozacaqlar. Biz sadəcə insanlara azadlıq verməklə yanaşı, sosial məsuliyyətlərini unutmamağa çağırırıq. Çünki hər bir insan potensial virus daşıyıcısı ola bilər. İnsanlar elə başa düşür ki, karantin rejimi yumuşaldıldısa, artıq qurtulmuşuq. Ciddi olaraq qayda-qanuna riayət etməliyik. Baxırıq ki, insanlar hələ də qapalı məkanlarda maskasız gəzirlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR