Ölən insanların ailəsinə pul verilir ki, koronavirus kimi yazılsın? - TƏBİB-dən cavab

"Bunu biz də eşitmişik. Amma bu absurddur. Çünki koronavirus xəstəliyindən ölənə heç bir imtiyaz verilmir".

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib.

Qurum rəsmisi çıxışında dünyasını dəyişən insanların ailələrinə pul təklif edilməsi və onlardan yaxınlarının guya koronavirusdan ölməsinə dair razılıq alınması ilə bağlı iddialara da münasibət bildirib:

"Əgər belə olursa, niyə Azərbaycanda koronavirusdan ölənlərin sayı daha da azdır? Və yaxud da hansı ölkənin marağındadır ki, koronavirusdan ölənlərin sayını artırsın? Azərbaycan bunda niyə maraqlı olsun ki? Biz tam şəffaf işləyirik və yoluxanların, vəfat edənlərin sayı hər gün ictimaiyyətə açıqlanır. Bunların hamısı bizim gözümüzün qarşısında olur. Elə bir həkim yoxdur ki, bu hüquq ona verilsin, o da koronavirus xəstəsi olmayan şəxsə bu diaqnozu qoysun. Əgər bir vətəndaş bunun şahidi olubsa, niyə hüquq-mühafizə orqanlarına xəbər verməyib? Bu şayiəni yaymaqdansa, yaxşı olardı, hüquq-mühafizə orqanlarına xəbər versinlər ki, belə bir həkim var və bizə bu cür təklif edir. Əgər belə bir şey olsaydı, o həkim də bilinərdi və cəzalanardı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR