Azərbaycanda bu şirkət bütün Avropaya yük daşıyacaq - DETALLAR

Gedirik! – Üzü Avropaya doğru, tam sürətlə irəli!

Mover böyümə strategiyasının davamı olaraq daha bir beynəlxalq şirkətlə partnyorluq müqaviləsi imzalayıb.

İyunun 1-dən GLS (General Logistics Systems) beynəlxalq logistika şirkəti Mover MMC ilə əməkdaşlığa başlayır.

Beləliklə, indi sadəcə Gəlmirik! – gətirmirik, indi həm də Gedirik! – yüklərinizi Avropaya, dünyaya daşıyırıq.

Mover və GLS arasında imzalanmış partnyorluq müqaviləsi ilə iyun ayının 1-dən etibarən Azərbaycandan hər növ yüklərin Avropanın istənilən ölkəsinə ekspress çatdırılması həyata keçirəcək. Ölkəmizin ixracat potensialına böyük töhvə verəcəyini düşündüyümüz bu əməkdaşlıqla müştərilərimiz çox sərfəli tariflərlə yüklərini qısa müddətə - 3 gün ərzində Avropanın 50-dən çox ölkəsinə göndərə biləcək.

İndi Amazon, Ebay, Alibaba, Aliexpress və s. kimi beynəlxalq alış-veriş platformalarında öz şəxsi mağazanızı aça və məhsullarınızı çox rahat və hədsiz sərfəli tariflərlə dünyaya sata biləcəksiniz.

Qeyd edək ki, Britaniya əsilli qlobal şirkət olan GLS-in hazırda Avropanın 50-dən çox ölkəsində, həmçinin, ABŞ və Kanadada şəbəkəsi mövcuddur. Hər il ortalama 500 min müştəriyə xidmət göstərən şirkətin illik gəliri 3 milyard dollara yaxındır.

İyunun 1-dən etibarən siz də Mover müştərisi kimi GLS-in A klass xidmətlərindən faydalana və ekspress çatdırılmanın həzzini yaşaya biləcəksiniz.

Onu da bildirək ki, Mover GLS-dən əlavə, həmçinin, “World Courier” beynəlxalq karqo şirkəti ilə də partnyorluq edir. Mover “World Courier”in təhlükəli kimyəvi yüklərini, eyni zamanda qan, ilik analizləri, canlı insan orqanizmləri və dərman ləvazimatlarının Azərbaycandan xarici ölkələrə göndərişini və qəbulunu da həyata keçirir.

Mover MMC eyni zamanda Dünya Karqo Alyansının (WCA) da Azərbaycandakı partnyorudur. WCA dünyanın 200-dən çox ölkəsində 7 mindən çox agenti olan qlobal miqyaslı şəbəkədir. Dolayısı ilə, Mover WCA partnyoru kimi həm də bütün bu çoxşaxəli şəbəkənin imkanlarına sahibdir.

Mover həmçinin, Beynəlxalq Hava Nəqliyyatı Asossiasiyasının (İATA) da Azərbaycanda ilk üzvüdür.

Qeyd edək ki, Mover MMC bütün bunlarla yanaşı, hazırda 4 ölkədən – Türkiyə, Rusiya, Amerika və Birləşmiş Ərəb Əmirliklərindən müxtəlif yüklərin və onlayn ticarət istifadəçilərinin sifarişlərinin Azərbaycana və ölkənin rayonlarına çatdırılmasını da həyata keçirir.

Böyüyürük və sürətlə GEDİRİK! Üzü Avropaya!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR