''Amphan'' gəlir - 300 min insan təxliyyə edildi - VİDEO

Benqal körfəzi sahillərinə saatda 170 kilometr sürətlə qasırğa yaxınlaşır.

Metbuat.az xəbər verir ki, Hindistan rəsmiləri Qərbi Benqalda, ölkənin şərq əyalətlərində 200 mindən çox insanın, Odişada isə 100 mindən çox insanın təxliyə edildiyini söyləyiblər.

Benqal körfəzindəki Amphan qasırğası Hindistan və Banqladeşin sahil bölgələrində güclü yağışlara səbəb olub.


Qasırğanın axşam saatlarında iki ölkənin sahillərini vuracağı və sabaha qədər təsirini itirəcəyi gözlənilir. Banqladeş rəsmiləri, 2,2 milyon insanın fırtınadan qorunması üçün təxliyə səylərinin davam etdiyini açıqlayıblar.

Banqladeşin Sathira bölgəsinin yerli rəhbərliyinin icraçı direktoru SM Mustafa Kamal bildirib ki, evakuasiya edilənlərə Covid-19-dan qorunmaq üçün quru qida, uşaq qidası və dərman vasitələri, həmçinin maskalar və avadanlıqların paylanıb.

Tropik fırtınalar ilin bu vaxtında Benqal körfəzində tez-tez rast gəlinsə də, 1999-cu ildə Odişaya vuran və saatda 260 kilometrə çatan qasırğa təxminən 10 min insanın ölümünə səbəb olub.

2019-cu ilin noyabr ayında Banqladeş və Hindistanı vuran Bülbül qasırğasının yaratdığı fəlakət və qəzalarda 26 nəfər ölüb.

Mənbə:NTV.COM


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR