"Çelsi" onları komandada saxladı

"Çelsi" hücumçusu Olivye Jiru və qapıçı Villi Kabalyero ilə yeni müqavilə imzalayıb.

Metbuat.az xəbər verir ki, hər iki oyunçu ilə bu yay başa çatacaq müqavilənin müddəti 2020/2021 mövsümünün sonuna kimi uzadılıb.

Qeyd edək ki, 33 yaşlı Jiru 2018-ci ildə "Arsenal"dan "Çelsi"yə transfer olunub. O, indiyə kimi 76 matçda 21 qol vurub. 38 yaşlı Kabalyero isə 2017-ci ildə "Mançester Siti"dən London təmsilçisinə keçib.

(qol.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR