.

Bakıda narkotik alverçiləri saxlanıldı

Bakıda narkotik alverçiləri saxlanılıb.

Metbuat.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Sabunçu rayonu, Maştağa qəsəbəsində Məşədi Bağırovun həyətinə baxış keçirib. Əməliyyat zamanı onun həyətindən avrotexniki üsulla yetişdirilmiş ümumi çəkisi 670 qram olan 43 ədəd çətənə kolu aşkar edilib.

Həmin gün Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Şahin Əliquliyevdən 0,120 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR