Pandemiya rəssamların fəaliyyətinə necə təsir etdi? - VİDEO

Xüsusi karantin rejimi dövründə bir çox qadağalar tətbiq olunmuşdu. Bunların əsası isə çölə çıxma məhdudiyyəti və özünü izoliyasiya tədbirləri idi. Maraqlıdır, bu rejim dövründə rəssamlar necə fəaliyyət göstərib.

Metbuat.az xəbər verir ki, rəssam Ellada İsmayıl Baku.Tv-ə fikirlərini bölüşüb. Onun sözlərinə görə, karantin dövründə bütün yarımçıq qalan işlərini tamamlayıb.

“Şəxsən mən yarımçıq olan bütün köhnə işlərimi bitirdim. Mən planlayırdım ki, bu aylarda xaricdə sərgilərdə iştirak edəcəm, ancaq bu qismət olmadı. Məndə emalatxanam da yeni işlər gördüm. Yarımçıq işlərimi tamamladım. “ – deyə rəssam bildirir.

Peşəkar səviyyədə 10 ildən artıqdır ki, fəaliyyət göstərən rəssam ölkəmizdə 20-ə yaxın sərgi və yarmarkalarda iştirak edib. Onun əsərləri Fransa, Birləşmiş Ərəb Əmirliyi, Luksenburq, Türkiyə və digər ölkələrdə sərgilənib. Karantin rejimini özü üçün faydalı edən rəssam deyir ki, bu məsələdə xarici rəssamların fəaliyyətini nümunə kimi götürmək olar.

“Karantin rejimi dövründə sosial şəbəklərdə rəssamlar çox aktiv idi. Xaricdəki rəssamlar həmkarlar ittifaqında birləşdilər. Bütün imkanlarını paylaşdılar. Hətta onlar öz müştərilərini də bölüşdülər, bütün maddi imkanlarını birləşdirdilər. Azərbaycanda isə belə hal görmədim hansısa rəssamlar bir arada toplansın. Dövlət proqramında da heç kimə xüsusi yardım və dəstək nəzərdə tutulmadı.” – deyə rəssam qeyd edir.

Görünən odur ki, pandemiya rəssamların fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı bu yaradıcı insanlara nələrsə də qazandırıb. Ən azından düşünməyə yetərincə zamanları olub. Onların dili ilə desək bir əsəri, işi ərsəyə gətirərkən tələsməmək və ölçüb biçmək lazımdır ki, sonda keyfiyyətli iş ortaya çıxarasan.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR