Çində virusun ikinci dalğası başlayıb: Xəstəlik ilk yoluxmalardan fərqlənir

Çinin şimal-şərqində meydana gələn koronavirus yoluxmalarında xəstəliyin fərqli şəkildə ortaya çıxdığı bildirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Çinin tanınmış həkimlərindən olan Qui Haibo televiziya kanallarından birinə açıqlama verərkən danışıb. O bildirib ki, təsbit edilən yeni yoluxmalarda xəstələr virusu daha uzun müddət daşıyırlar və test nəticələri daha gec neqativ nəticə göstərir.

Həkim Qui eyni zamanda qeyd edib ki, bu bölgələrdə meydana gələn yoluxmalar zamanı xəstələrdhaa uzun müddət xəstəliyin əlamətlərini göstərmirlər və bu səbəbdən xəstəliyi təsbit etmək çətin olur.

Virusun meydana gəldiyi Vuhan şəhərindəki yoluxmaları ölkənin şimal-şərqindəki yeni yoluxmalarla müqayisə edən Qui Haibo yeni xəstələrdə virusun daha çox ağciyərlərə təsir göstərdiyini deyib. Vuhandakı xəstələrdə isə ağciyərdən başqa ürək, böyrək və bağırsaq kimi başqa orqanlar da zərər görürdü.

Mənbə: Sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

--> -->