​Şirvan şəhərindəki reabilitasiya müəssisəsi təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək

Əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılır.

Buradamüasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılır. Müəssisədə sınanmış fizioterapevtik metodlardan və müasir avadanlıqlardan istifadə edilməklə əlilliyi olan şəxslərə kompleks bərpa xidmətləri göstəriləcək.

Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulan mərkəzdə əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir və müəssisənin yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR