Qeyri-iş günlərində küçəyə çıxmaq qadağası olunur? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda bayram günləri küçəyə çıxmaq qadağan ediləcək?

Metbuat.az xəbər verir ki, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bayram və qeyri iş günlərində ölkədə küçəyə çıxma qadağası barədə yayılan xəbərlərə münasibət bildirib.

Vasif Əliyev Türkiyədə bununla bağlı təcrübənin olduğunu və Azərbaycanda da eyni qaydanın tətbiq oluna biləcəyini istisna etməyib:

"Çünki insanlar kütləvi olaraq toplaşırlar. Türkiyədə yoluxmanın sayının azaldılması məqsədi ilə bəzi məhdudiyyətlər qoyulur. Bu, bizdə də gündəmdədir. Çox güman bayramdan öncə bu məsələyə aydınlıq gələcək". (Qafqazinfo)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR