.

Prezidentin icra başçısı təyin etdiyi 36 yaşlı Seymur Orucov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident Seymur Orucovun Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Metbuat.az Seymur Orucovun tərcümeyi-halını təqdim edir:

Orucov Seymur Vaqif oğlu 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olmuşdur.

2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olmuşdur.

2007-ci ildə magistraturanı bitirmişdir. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olmuşdur.

2006-06.2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı almışdır.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmişdir.

2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.

4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilmişdir.

29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilmişdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR