.

Lökbatan qəsəbəsinin qəzalı vəziyyətdə olan poliklinikasında xəstə qəbul edilir - VİDEO

Vay o günə ki, yolun bu poliklionikadan düşə. Adam bilmir xəstəsinin halına yansın, yoxsa xəstəxananın.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, söhbət Lökbatan qəsəbəsində yerləşən 4 saylı uşaq poliklinikasından gedir. Tibb müəssisəsi bərbad vəziyyətdə gün ərzində onlarla pasient qəbul edir.

“İki gündü nəvəm nə haldadır, gətirmişəm öz yaşadığım qəsəbədəki 4 saylı poliklinikaya. Bunlar da məndən adi bir şeyə pul tələb edirlər” – Sakin öz şikayətini bildirir.

“Bu xəstəxana insanları təmin edə bilmir,hər gün söz-söhbət, hər gün davadır” – digər bir sakin şikayətini belə ifadə edir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirdilər ki, tibb müəssisələri bu ilin yanvar ayından Səhiyyə Nazirliyinin tabeçiliyindən götürülərək TƏBİB-ə təhvil verilib. Pandemiya səbəbindən Səhiyyə Nazirliyi ilə tam təhvil-təslim yekunlaşmayıb. Buna görə də binanın əsaslı təmirinə dair bir söz demək hələki mümkün deyil. Amma, pandemiya bitdikdən poliklinikanın təmirinə dair layihələr hazırlanacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR