.

Azərbaycanda energetik içkilər bazarında LİDER KİMDİR? - İQTİSADİ ARAŞDIRMA

Azərbaycan bazarında energetik içkilərə xüsusi tələbat var. Hər il böyüyən energetik içkilər bazarında alıcıların seçimi əsasən iki brend arasında cuzi fərq ilə dəyişir.

Metbuat.az xəbər verir ki, Azərbaycanda əhalinin 37 faizi energetik içki alıcısıdır.

Yerli bazarda əsasən üç brend mübarizə aparır. 2019-cu ildə alıcıların 28 faizi “Hell’’, 25 faizi “Bizon’’, 14 faizi isə “Red Bul’’-a üstünlük verib. “Hell’’ 2017-ci ildə 35 faiz, 2018-ci ildə 45 faiz alıcı kontingentinə sahib olub.

Statistikaya əsasən bazarda yüksələn xəttlə alıcı diqqətində olan məhsul “Bizon’’-dur.

2017-2019- cu illər arasında “Bizon’’ 11 faizdən 25 faizə kimi qalxa bilib. “Red Bul’’ amma əksinə 2017-ci ildə 25 faiz alıcının seçimi olsa da iki il ərzində 14 faizə qədər geriləyib.

“Coca-Cola”nın “Burn” məhsulu 6 faiz alıcının tələbatında olub. “Jaguar’’ da 2019-cu ildə 6 faiz alıcının seçimində olub.


2019-cu ildə ölkədə 22 faiz alıcı, digər adda olan energetik içkilərə üstünlük verib. Burada 5 faiz “Flash up”,“Carabao’’,“Xl”, “Pitbull”-un isə 4 faiz, alıcısı olub.

Qeyd edək ki, məqalədə istifadə olunan iqtisadi göstəricilər Metbuat.az-ın "ERA" Marketinq Mərkəzindən aldığı məlumatlara əsaslanır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR