Koronavirusdan ölənlərin sayı 330 mini ötdü

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 127 min 431 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, virusdan ölənlərin sayı 330 min 946 nəfərdir. İndiyədək 2 milyon 44 min 153 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR