SON DƏQİQƏ: Azərbaycanda itkin düşən azyaşlının parçalanmış meyiti tapıldı

Oğuzda itkin düşən 12 yaşlı uşağın meyiti tapılıb.

Metbuat.az xəbər verir ki, uşağın meyiti dağlıq-meşəlik ərazidə heyvanlar tərəfindən parçalanmış halda aşkar edilib.

Hazırda meyitin dağdan düşürülməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Oğuzun Xaçmaz kənd sakini, 2008-ci il təvəllüdlü Məmmədli Cəbrayıl Vüsal oğlunun itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmuşdu. Azyaşlının bostan suvarmaq üçün ərazidən keçən çay kənarına getdiyi və geri qayıtmadığı bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

--> -->