Bakıda zavodda dəhşət - Usta faciəli şəkildə öldü

Bakıda usta faciəli şəkildə ölüb.

Metbuat.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda yerləşən zavodda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı aparatın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR