İsmayıllıda tütünçülüyə maraq artır

İsmayıllının 10 kəndində tütün şitilləri əkilir. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər Diyallı,Qurbanəfəndi, Talıstan, Qalacıq, Təzəkənd, Sumağallı və digər ərazilərdə həyata keçirilir. Şitillər rayona paylanılmış ümumən 500 qrama yaxın yerli növ toxumdan əldə edilib.

Qeyd edək ki, 15 qram toxumdan əldə olunan 50 minə yaxın şitil 1 hektarda əkilərsə 2 tondan çox məhsul götürmək mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR