Apreldə Bakıdakı kirayə mənzillərin qiymətində 3 faizə yaxın artım müşahidə olunub

Ölkədə karantin rejimi elan olunandan kirayə mənzillərə olan təlabat azalıb.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, belə olan halda qiymətlərin ucuzlaşacağı gözlənilsə də, heç də belə olmadı. Daha doğrusu ticarət obyektlərinin kirayəsi ucuzlaşıb, kirayə mənzillərin qiyməti bahalaşıb. Təkcə apreldə Bakıdakı kirayə mənzillərin qiymətində 3 faizə yaxın artım müşahidə olunub.

“Kommersiya obyektlərinin kirayəsi bazarında azalma var, mənzillərin kirayəsi bazarında ümumən artım müşahidə olunur. Ay ərzində daşınmaz əmlak bazarında 5,04% artım var.”

Ekspert Nüsrət İbrahimov bildirir ki, zaman-zaman bazarda bahalı obyektlərin sayı artmaqdadır. Əvvəllər bahalı evlərin payı ümumi portfeldə 7%-i keçmirdisə, bugün bahalı obyektlərin payı 48%-ə qalxıb.

Mənzillərin və ticarət obyektlərinin kirayəsi ilə məşğul olan vasitəçi şəxslər də pandemiya dövründə təklif olunan kirayə evlərin də, müştərilərin də sayının az olduğunu deyirlər.

“Nəsimi rayonu rayon olaraq ən bahalı yerdi. 28 may ətrafı, gənclik metro ətrafı, bu ərazilərdəki evlərin qiyməti həmişə baha olub, baha olaraq da qalır. “ – maklerlər bildirir.

“Nərimanovda köhnə binalarda 400 manatdan aşağı demək olar ki, mənzil tapmaq olmaz. Yaxşı təmirli evlər 400 manatdan aşağı yoxdur. “ – digər bir rieltor qeyd edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR